“Hindistan və Azərbaycan arasında tarixi köklərə söykənən əlaqələr mövcuddur”.
APA xəbər verir ki, bu barədə Hindistan Prezidenti Draupadi Murmunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir.
“Son zamanlar Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artmışdır. Ümidvaram ki, əməkdaşlığımız qarşılıqlı hörmət və maraqlar əsasında daha da inkişaf edəcəkdir”, - məktubda qeyd olunub