Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edib

Prezident İlham Əliyev Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edib
# 02 mart 2023 11:04 (UTC +04:00)

Münaqişənin bitməsindən qısa müddət sonra Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanan beş əsas prinsipi Ermənistana təqdim edib.

APA xəbər verir ki, bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.

“Bu fürsətdən istifadə edərək mən Qoşulmama Hərəkatına üzv ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə, həmçinin 2020-ci və 2022-ci illərdə BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə birtərəfli və qərəzli bəyanatların qəbuluna imkan verməməkdə göstərdikləri qətiyyətə görə təşəkkür etmək istəyirəm”, - deyə dövlət başçısı diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR