Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibəsində Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb.
APA-nın verdiyi məlumata görə, dövlətimizin başçısı deyib ki, uzun illərdir danışıqların aktiv mərhələsində olmasına baxmayaraq, Azərbaycanın hələ də Ümumdünya Ticarət Təşkilatına üzv olmamasının səbəbi proteksionizm, ikili standartlar, tariflərdir: "Bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir".
Azərbaycan iqtisadiyyatının özünü təmin etdiyini xatırladan Prezident bildirib ki, təşkilata qoşulma ilə bağlı bütün təkliflərimiz qəbul olunarsa, proses daha da rəvan gedər.