Bank Of Baku

Prezident İlham Əliyev: Azərbaycanla Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar

Prezident İlham Əliyev: Azərbaycanla Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar
# 23 noyabr 2022 15:53 (UTC +04:00)

“Gözəl ölkənizə dəvətə görə də sizə minnətdaram və eyni zamanda, Azərbaycan haqqında dediyiniz xoş sözlərə görə də sizə təşəkkürümü bildirirəm. Bu, əsl dostun sözləridir və bizi Prezident Vuçiçlə dostluq əlaqələri bağlayır”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatlarla çıxışında deyib.

“Hesab edirəm ki, Serbiya-Azərbaycan əlaqələrinin sürətli inkişafında bu amil önəmli rol oynamışdır. Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var”, - dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR