Bank Of Baku

Prezident İlham Əliyev: "Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var"

Prezident İlham Əliyev: "Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var"
# 04 may 2023 01:00 (UTC +04:00)

Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən konfransda çıxışında deyib.

Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatların enerji təchizatı marşrutlarının şaxələndirilməsində bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəklədiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Həmin illəri yaxşı xatırlayıram, çünki 1990-cı illərdə mən SOCAR-da işləyirdim və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin həyata keçirilməsində ABŞ-ın dəstəyinin nə dərəcədə vacib olduğunu çox yaxşı bilirəm. Həmin boru kəmərinə qarşı çıxan şəxslər də az deyildi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR