Prezident İlham Əliyev: Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik

Prezident İlham Əliyev: Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik
# 20 iyul 2024 16:24 (UTC +04:00)

Cənubi Qafqaz regionuna gəldikdə, deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi-geosiyasi dəyişikliklər baş verir.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu çıxışında deyib.

“Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ötən ilin sentyabrında ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ən mühüm hadisədir. Bu, təkcə birinci və ikinci Forum arasında deyil, ümumiyyətlə müasir tariximizdə mühüm hadisə oldu”, - deyə dövlətimizin başçısı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR