Bank Of Baku

Prezident İlham Əliyev: Gürcüstanda gedən tərəqqi prosesinə çox böyük maraqla baxıram və sevinirəm

Prezident İlham Əliyev: Gürcüstanda gedən tərəqqi prosesinə çox böyük maraqla baxıram və sevinirəm
# 08 oktyabr 2023 19:05 (UTC +04:00)

“Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran oluram, eyni zamanda, Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı bildirib ki, cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir:

“Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR