Bank Of Baku

Prezident İlham Əliyev: “Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti var”

Prezident İlham Əliyev: “Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti var”
# 24 avqust 2022 17:02 (UTC +04:00)

“Əminəm ki, biz iqtisadi-ticari münasibətlərin inkişafına da təkan verəcəyik. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırılması baxımından onu konkretləşdirə bilərik”.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə geniş tərkibdə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, investisiya sahəsində də böyük perspektivlər var: “Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR