Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə mətbuata birgə bəyanatında bildirib.
“Ticarət və investisiyalar sahəsində də hansı addımları ata biləcəyimizi mütləq nəzərdən keçirməliyik. Bu imkanları geniş müzakirə etmiş və ticarət-investisiya əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. Müvafiq imkanlar baxımından yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ isə məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”, - Prezident İlham Əliyev qeyd edib.