Bank Of Baku

Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub - YENİLƏNİB

Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub - YENİLƏNİB
# 02 sentyabr 2024 17:21 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

APA xəbər verir ki, dövlət başçısına görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, inzibati binanın inşası üçün 2,4 hektardan çox ərazi nəzərdə tutulub. Bu ərazi Kəlbəcərin ictimai mərkəzi ilə şəhər parkının arasında yerləşir. İnzibati binanın yerləşdiyi ərazinin şimal hissəsi pilləli landşaft elementləri və şəhər parkının relyefi ilə birləşir. Ümumilikdə Baş plan üzrə şəhərin inzibati mərkəzində 2 inzibati binanın inşası nəzərdə tutulub. Hər iki bina müasir üslubda layihələndirilib. Tikinti işlərinə 2025-ci ildə başlanılması planlaşdırılır.

Dövlət başçısı inzibati binanın təməlini qoyub.

***

12:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR