Prezident İlham Əliyev Maldivin yeni seçilmiş dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Maldivin yeni seçilmiş dövlət başçısını təbrik edib
# 04 oktyabr 2023 16:46 (UTC +04:00)

Prezident İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Muizzu,

Maldiv Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Maldiv dostluq əlaqələri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR