Bank Of Baku

Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib - YENİLƏNİB
# 05 iyul 2023 17:58 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.

APA xəbər verir ki, Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirdi və Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı Prezident İlham Əliyevin və Baş nazir Dritan Abazoviçin bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlandı.

Görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edildi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə dəstəyi vurğulandı.

***

16:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri və xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR