Bank Of Baku

Prezident İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib - VİDEO

Prezident İlham Əliyev Moskvada naməlum əsgərin məzarını ziyarət edib - VİDEO
# 22 fevral 2022 11:20 (UTC +04:00)

Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gəlib.

Prezident İlham Əliyev naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra fəxri qarovul dəstəsinin keçidi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR