“Son illərdə keçmiş məcburi köçkünlərlə görüşlərim zamanı görürdüm ki, onların gözlərində ümidlər artıq sönür və bu da təbiidir. Neçə il gözləmək olar? Neçə il demək olar ki, Minsk qrupu gəldi, getdi, təklif verdi, erməni qəbul etmədi?!”.
APA-nın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
“Açıq deməliyəm, neçə il bizim başımızı aldadırdılar. Deyə bilmirdim mən onlara. Hətta müharibə dövründə bir çox müsahibələr verərkən tam planlarımız haqqında danışa bilmirdim. Çünki bu, hərbi sirr idi. Bizim əsas məqsədimiz tam qələbəni qazanmaq, Şuşada bayrağımızı qaldırmaq idi. İndi deyə bilərəm, bu vəzifə müharibənin ilk günündən qarşıya qoyulmuşdu və biz bu vəzifəyə nail olduq”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev: "Müharibənin ilk günündən qarşıya Şuşada bayrağımızı qaldırmaq vəzifəsi qoyulmuşdu və biz buna nail olduq"
© APA | Prezident İlham Əliyev, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
10 oktyabr 2021 13:59 (UTC +04:00)
Rəsmi xəbər
Azərbaycanla Türkiyə arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib
14:10
4 may 2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb
14:05
4 may 2024
Xankəndi Şəhər Prokurorluğu yaradılıb
14:04
4 may 2024
Ortamüddətli xərclər çərçivəsinin hazırlanmasına dair yeni qayda müəyyənləşib
17:18
3 may 2024