Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
APA xəbər verir ki, Astanada keçirilmiş görüşdə Azərbaycan Prezidenti Pakistana səfər etmək niyyətində olduğunu bildirib və öz növbəsində Baş nazir Şahbaz Şərifi ölkəmizə səfərə dəvət edib.
Pakistanın Baş naziri Azərbaycana məmnuniyyətlə səfər etmək niyyətində olduğunu deyib.
Şahbaz Şərif Pakistan xalqına göstərdiyi yardıma görə dövlətimizin başçısına təşəkkürünü ifadə edib və ölkəsinin baş vermiş selin nəticələrindən hələ də əziyyət çəkdiyini bildirib.