Prezident İlham Əliyev: Qayıdış hüququ Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir

Prezident İlham Əliyev: Qayıdış hüququ Qərbi Azərbaycan İcmasının nümayəndələrinə də şamil edilməlidir
# 01 iyul 2024 17:31 (UTC +04:00)

Qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən qayıdış hüququ ilə əlaqədar diplomatın şərhinə cavabında deyib.

Bu xüsusda dövlət başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR