Bank Of Baku

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesinə dair danışıqlar barədə məlumatlandırıb

Prezident İlham Əliyev qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesinə dair danışıqlar barədə məlumatlandırıb
# 10 aprel 2023 20:24 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edib.

APA xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında dövlətimizin başçısı qeyd edib ki, o, həmkarını normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə məlumatlandırıb.

“Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR