Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.
APA xəbər verir ki, dövlətimizin başçısı Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirib və ona vəzifəsinin icrasında uğurlar arzulayıb.
Prezident İlham Əliyev Yaşar Gülərin Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğulayıb, bu işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd edib.
Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışının önəmini vurğulayıb.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Gülər özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərdən böyük məmnunluq və şərəf hissi duyduqlarını bildirərək, ilk növbədə Türkiyə Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.
Türkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad edib, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını deyib.
Yaşar Gülər qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqələrimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirib və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib
Rəsmi xəbər
Prezident İlham Əliyev 500 min ABŞ dollarının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim edilib
Xəbər Lenti
Səudiyyə Ərəbistanı husilərlə mübarizədə hərbi yardım üçün Londona müraciət edib
Pentaqon əməkdaşlara UNO-larla bağlı məlumatları açıqlamağa icazə verib
Səudiyyə Ərəbistanı Yəmənə aviasiya zərbələri endirib
ABŞ ordusu İranın iki balıqçı qayığına zərbə endirib, itkin düşənlər var
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Pezeşkian İranın Ali Rəhbərinin sağ olduğunu və vəzifələrini yerinə yetirməyə davam etdiyini deyib
ABŞ Rusiyanın VTB bankına qarşı yeni sanksiyalar tətbiq edib
Neft tankeri Hörmüz boğazında dəniz minasına toxunub, partlayış baş verib
“Fənərbaxça” turu 1 xalla başa vurub
Paşinyanın sülh ritorikası Qarabağ sınağında: İrəvanın ikili mövqeyi - TƏHLİL
Türkiyə Ay missiyası üçün kosmik aparatını 2027-ci ilin əvvəlində göndərməyi planlaşdırır
ABŞ “Patriot”, “THAAD” və “Tomahawk” sistemlərinin istehsalını artırıb
“Gürcü Arzusu” sabiq baş nazirin partiyasının ləğvini tələb edəcək
Tramp: İranla münaqişə tezliklə başa çatacaq, neftin qiyməti düşəcək
ABŞ-ın strateji neft ehtiyatları 1982-ci ildən bəri ən aşağı səviyyəyə düşüb
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
Bakıda özünü “Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri” kimi qələmə verən şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
Zelenski: Ukrayna Rusiyanın kritik infrastrukturuna zərbələri dayandırmağa hazırdır
“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu bəyanat yayıb: Diplomatik korpusun Azərbaycanın suveren ərazisinə səfəri mübahisə mövzusu ola bilməz
“Kurtlar Vadisi”nin ssenaristləri Kaşif Kozinoğlu işi üzrə iki saatdan çox ifadə veriblər
Prezident İlham Əliyev 500 min ABŞ dollarının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir, ABŞ buna hazırdır
Netanyahu: İsrail "Hizbullah"ın Livandakı obyektlərini məhv etməyə davam edəcək
Tramp: Rusiya və Ukrayna enerji obyektlərinə hücum etməməyə razılıq verib
Tramp ABŞ-ın süni intellekt təhlükəsizliyini təmin etmək üçün vasitələrə malik olduğunu bildirib
Azərbaycanla Türkiyə dezinformasiyaya qarşı mübarizədə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib - FOTO
Vens ABŞ-ın husilərlə birbaşa danışıqlar apardığını deyib
MKA: Ödəniş sistemlərini təqlid edən 6 saxta sayt aşkarlanıb
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işlər müzakirə edilib
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
Zelenski Ukraynanı tərk edən Baş prokuror Kravçenkonu vəzifəsindən azad edib
Prokurorluq Xətaidə yeniyetmənin ölümündə “Roblox”dakı zərərli məzmunun təsirini araşdırır
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Rutte: Putin müttəfiqlərin Ukraynaya dəstəyini dayandıra biləcəyini düşünür, lakin yanılır
Britaniya hərbçisi Ukraynada yol qəzasında ölüb
Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi başlayıb
Laçında müğənni qardaşını qətlə yetirən Xasay Quliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Endi Börnhem Uels, Şotlandiya və Şimali İrlandiyanın Britaniyadan ayrılması ilə bağlı referendumu dəstəkləmir
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker və Kamran Bilalov həbs edilib
Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib - FOTO
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
Soçidə dəniz dronlarının hücum təhlükəsi səbəbindən sahilboyu ərazilər bağlanıb
Bakıda Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirilib - FOTO
Polşa MN: Hərbçilərə hava məkanını pozan bütün obyektləri vurmaq hüququ verilib
Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq müzakirə edilib
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə memorandumu imzalayıb
Elm və təhsil naziri: 600 məktəbdə 40-dan çox şagird təhsil alır