Prezident İlham Əliyev Ulu Öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd edib ki, Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.
Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlət başçısı vurğulayıb ki, iki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad edib və beləliklə, Ümummilli Liderin arzu və tapşırıqları həyata keçirilib.