Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
APA-nın Vilnüsə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Qeyd edək ki, 1991-ci il yanvarın 13-də Sovet qoşunları Vilnüsə daxil olub, Vilnüs teleqülləsini, radio-televiziya komitəsinin binasını ələ keçirib. Teleqülləyə hücum nəticəsində 14 nəfər ölüb, 700 nəfər yaralanıb.