Bank Of Baku

Prezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub

Prezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub
# 22 dekabr 2023 16:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.

APA xəbər verir ki, dövlət başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR