Bank Of Baku

Prezident: İlin birinci yarısında Azərbaycanın xarici ticarət profisiti təqribən 10 milyard dollara yaxın olub

Prezident: İlin birinci yarısında Azərbaycanın xarici ticarət profisiti təqribən 10 milyard dollara yaxın olub
# 11 iyul 2023 17:58 (UTC +04:00)

Xarici ticarət balansımızın profisiti çox böyük səviyyədədir.

APA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

Ölkələrin böyük əksəriyyətinin nəinki ixrac, daha çox idxal etdiyini vurğulayan dövlət başçısı deyib: “Bizdə isə bu, tam əksinədir və ilin birinci altı ayında bizim profisitimiz təqribən 10 milyard dollara yaxındır. Əgər bu templər qorunsa, təsəvvür edin, biz ilin sonuna qədər hansı rəqəmlərə çatacağıq. Təbii ki, bunun birbaşa təsiri makroiqtisadi sabitliyin təmin edilməsinədir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR