Bank Of Baku

Prezident: "İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır"

Prezident: "İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır"
# 26 oktyabr 2022 16:48 (UTC +04:00)

“Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında iqtisadi əlaqələr dinamik inkişaf yolundadır. İtaliya Azərbaycanın, Azərbaycan isə İtaliyanın Cənubi Qafqazda ən əsas ticarət tərəfdaşıdır. İtaliya şirkətləri uzun müddətdir ki, ölkəmizdə geniş fəaliyyət göstərir və münasibətlərimizin inkişafında vacib rol oynayır. Bu əməkdaşlıq işğaldan azad olunmuş ərazilərimizdə də uğurla həyata keçirilir”.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloniyə ünvanladığı məktubda deyilir.

“Eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan və əməkdaşlığımızın prioritet sahələrindən olan enerji sektorunda da səmərəli və məhsuldar birgə fəaliyyətimiz təqdirəlayiqdir.

İnanıram ki, Azərbaycan-İtaliya dostluğu və strateji tərəfdaşlığı, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir”, - məktubda vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR