Bank Of Baku

Prezident Laçın yolunda BQXK-nın müşayiəti ilə qaçaqmalçılıq hallarının aşkar edildiyini Blinkenin diqqətinə çatdırıb

Prezident Laçın yolunda BQXK-nın müşayiəti ilə qaçaqmalçılıq hallarının aşkar edildiyini Blinkenin diqqətinə çatdırıb
# 13 iyul 2023 11:45 (UTC +04:00)

Prezident İlham Əliyev telefon danışığı zamanı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini ABŞ Dövlət katibi Antoni Blinkenin diqqətinə çatdırıb.

APA xəbər verir ki, Prezident İlham Əliyev Laçın sərhəd-gömrük buraxılış məntəqəsi vasitəsilə humanitar yüklərin, fərdi keçidlərin və tibbi təxliyənin normal qaydada təşkil olunmasına baxmayaraq, iyunun 15-də Ermənistan tərəfindən törədilmiş silahlı təxribatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin müşayiəti ilə həyata keçirilən humanitar daşımalarda qaçaqmalçılıq hallarının aşkar edildiyini diqqətə çatdırıb və bu xüsusda araşdırmaların aparıldığını vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR