Bank Of Baku

Prezident: Ölkələr arasındakı mübahisələr ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır

Prezident: Ölkələr arasındakı mübahisələr ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır
# 09 mart 2023 10:59 (UTC +04:00)

Hər münaqişənin öz tarixi, dinamikası və sonu var. Lakin vacib məsələ ondan ibarətdir ki, ölkələr arasındakı mübahisələr beynəlxalq hüquq - ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmalıdır.

APA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

“Bu, güclə dəyişdirilə bilməz. Bu, Azərbaycanın mövqeyini təşkil edir. Bu, nəinki bizim işimizə, dünyadakı bütün münaqişələrə aiddir. Biz bu barədə öz mövqeyimizi aydın şəkildə nümayiş etdirmişik”, - dövlət başçısı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR