Bank Of Baku

Prezident: Qəhrəmanmaraşda Azərbaycanın inşa edəcəyi şəhərciyin son parametrləri müəyyən edilir

Prezident: Qəhrəmanmaraşda Azərbaycanın inşa edəcəyi şəhərciyin son parametrləri müəyyən edilir
# 07 sentyabr 2023 15:10 (UTC +04:00)

Türkiyənin Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023“ beynəlxalq təliminin iştirakçıları - Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Özbəkistanın fövqəladə hallar naziri Abdulla Kuldaşev və Şimali Kiprin daxili işlər naziri Dursun Oğuzu qəbul edərkən deyib.

“Yaxın zamanlarda biz inşaata başlayacağıq”, - dövlət başçısı bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR