Bank Of Baku

Prezident: Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir

Prezident: Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyib və dəstəkləyir
# 21 dekabr 2022 16:09 (UTC +04:00)

Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İlk növbədə bildirməliyəm ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya dövlət başçısı Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında bildirib.

“Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”, - Azərbaycan dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR