Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətovla vida mərasimi keçirilir.
APA xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Qeyd edək ki, ötən gün 76 yaşında vəfat edən Azər Paşa Nemətov vida mərasimindən sonra İkinci Fəxri xiyabanda dəfn olunacaq.