Bank Of Baku

Prezident: Vətən müharibəsindən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır

Prezident: Vətən müharibəsindən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır
# 19 may 2023 14:30 (UTC +04:00)

30 illik işğal dövründə xalqımız humanitar fəlakətlə üzləşib, bir milyon soydaşımız evsiz-eşiksiz qalıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir.

İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR