Bank Of Baku

Prezident Zərdabda yol tikintisinə 6,4 milyon manat ayırıb

Prezident Zərdabda yol tikintisinə 6,4 milyon manat ayırıb
# 04 iyul 2023 13:41 (UTC +04:00)

Prezident İlham Əliyev Zərdab rayonunun Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Ağabağı–Kəndəbil–Şıxbağı–Nəzəralılı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR