Bank Of Baku

Putin Azərbaycan Prezidentinə zəng edib, üçtərəfli razılaşmaların icrası müzakirə edilib - VİDEO

Putin Azərbaycan Prezidentinə zəng edib, üçtərəfli razılaşmaların icrası müzakirə edilib - VİDEO
# 12 dekabr 2022 14:10 (UTC +04:00)

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR