Bank Of Baku

Qurbanqulu Berdiməhəmmədov dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib

Qurbanqulu Berdiməhəmmədov

© APA | Qurbanqulu Berdiməhəmmədov

# 10 avqust 2025 14:16 (UTC +04:00)

Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova zəng edib.

APA xəbər verir ki, söhbət zamanı Türkmənistan Xalq Məsləhətinin sədri Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində əldə edilmiş tarixi razılaşmalar münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb.

Prezident İlham Əliyev onun salamlarını Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş edib.

Qurbanqulu Berdiməhəmmədov da Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və təbriklərini dövlətimizin başçısına çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR