Bank Of Baku

Qvineya-Bisau rəhbəri təyyarə qəzası ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib

Qvineya-Bisau rəhbəri təyyarə qəzası ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib
# 26 dekabr 2024 20:15 (UTC +04:00)

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.

APA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də çoxsaylı insanın faciəli şəkildə həlak olması ilə nəticələnən qəzaya uğraması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu matəm günündə Zati-alinizə və Azərbaycan xalqına Qvineya-Bisau xalqının adından və öz adımdan dərin hüznlə başsağlığı verirəm.

Zati-aliləri, əziz Qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR