Bank Of Baku

Radiotezliklər üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətləri müəyyənləşib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 18 dekabr 2021 15:30 (UTC +04:00)

Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətləri müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərmanda əks olunub.

Fərmana əsasən, Dövlət Komissiyasının fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq Telekommunikasiya İttifaqının (bundan sonra – BTİ) Radiorabitə Reqlamentinə və bu sahədə digər beynəlxalq təşkilatların qərar və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının radioxidmətləri arasında radiotezlik spektrinin bölünməsini təmin etmək;

2.1.2. Azərbaycan Respublikasında radiotezlik zolaqlarının ayrılması və onlardan istifadə üzrə perspektiv istiqamətləri müəyyən etmək;

2.1.3. radiotezlik zolaqlarını ayırmaq;

 2.1.4. radiotezliklərdən və radioelektron vasitələrdən istifadənin səmərəliliyini təhlil etmək və onlardan effektiv istifadə edilməsinə dair təkliflər hazırlamaq;

2.1.5. müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi və tətbiqi üzrə əlaqələndirmə işini təşkil etmək;

2.1.6. BTİ və digər beynəlxalq təşkilatlar çərçivəsində ümumdünya və regional radiorabitə konfranslarına hazırlıq üçün radiotezlik spektrinin bölünməsi və ondan istifadə ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR