Regis Agut: Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü etibarlı qlobal tərəfdaş kimi təsdiq etdi

Regis Agut: Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan özünü etibarlı qlobal tərəfdaş kimi təsdiq etdi
# 12 may 2023 10:17 (UTC +04:00)

“Total Energies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri, hörmətli cənab Prezident!

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Sizə öz adımdan və “Total Energies” şirkəti adından ən səmimi ehtiramımı bildirirəm.

Bu əlamətdar gündə müstəqil Azərbaycanın qüdrətli, davamlı iqtisadi inkişafa malik dövlətə çevrilməsi yolunda Heydər Əliyevin siyasi və iqtisadi sahələrdə misilsiz əməyini xüsusi qeyd etmək istərdim. Onun rəhbərliyi ilə və yeni neft strategiyası sayəsində Azərbaycan özünü etibarlı qlobal tərəfdaş kimi təsdiq etmiş, ölkədə xarici investorlar üçün əlverişli şərait yaranmış və eyni zamanda, dövlət maraqları qorunmuşdur.

Mən, həmçinin Avropa İttifaqının əhəmiyyəti artan enerji təhlükəsizliyi sahəsində Azərbaycanın etibarlı enerji təchizatçısı qismində davamlı uğurunu təşviq etmək üçün Sizin rəhbərliyinizlə “Total Energies” ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsinə ümid edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR