Bank Of Baku

Rövşən Nəcəf SOCAR-ın prezidenti vəzifəsini icra edəcək - VİDEO

Rövşən Nəcəf

© APA | Rövşən Nəcəf

# 10 fevral 2022 15:30 (UTC +04:00)

Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.

Rövşən Nəcəf eyni zamanda Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb.

Bu Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR