Bank Of Baku

Rumıniya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib

Rumıniya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib
# 28 dekabr 2024 19:27 (UTC +04:00)

Rumıniyanın Prezidenti Klaus Verner İohannis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

“Cənab Prezident.

Dekabrın 25-də Bakı-Qroznı reysi ilə hərəkət edən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Rumıniya vətəndaşları və hökuməti adından Sizə və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Xəsarət alanların tezliklə sağalmalarını diləyir, həmçinin xalqınızla həmrəy olduğumuzu bildirirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR