Rusiya Prezidenti Azərbaycan inşaatçılarının BAM-ın modernləşdirilməsindəki rolunu vurğulayıb

Rusiya Prezidenti Azərbaycan inşaatçılarının BAM-ın modernləşdirilməsindəki rolunu vurğulayıb
# 22 aprel 2024 21:29 (UTC +04:00)

Heydər Əliyevin dəstəyi ilə Azərbaycan mühəndisləri və inşaatçıları Baykal-Amur magistralının tikintisi zamanı iki qəsəbə inşa ediblər.

APA-nın Moskvaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu fikri Rusiya Prezidenti Vladimir Putin aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşdə deyib.

Vladimir Putinin sözlərinə görə, hazırda Azərbaycan inşaatçıları BAM-ın Xabarovsk diyarı və Yakutiyadadan keçən sahələrinin yenidən qurulması və modernləşdirilməsində iştirak edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR