Bank Of Baku

Səhiyyə nazirinə yeni səlahiyyət verilib

Teymur Musayev

© APA | Teymur Musayev

# 08 oktyabr 2022 18:17 (UTC +04:00)

”Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Əsasnaməyə edilən dəyişikliyə görə, səhiyyə nazirinə yeni səlahiyyət verilib.

Səhiyyə naziri dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürəcək, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR