Serbiyalı nazir: Serbiya 2037-ci ilə qədər Azərbaycandan qaz idxalını 3 dəfə artıra bilər

Serbiyalı nazir: Serbiya 2037-ci ilə qədər Azərbaycandan qaz idxalını 3 dəfə artıra bilər
# 10 dekabr 2023 15:49 (UTC +04:00)

Serbiya 2037-ci ilə qədər Azərbaycandan qaz idxalını 3 dəfə artıra bilər.

APA-nın Serbiyaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Xandanoviç bildirib.

Dubravka Cedoviç-Xandanoviç deyib ki, hazırda Serbiya Serbiya-Bolqarıstan interkonnektorunu tam gücü ilə işlətmək istəyir: “Gələcəkdə zərurət yaranarsa, biz bu kəmərin gücünü 3,2 milyard kubmetrə qədər artıra bilərik. Bu halda həmin kəmər Serbiyanın qaza tələbatını tam təmin edəcək. Biz Azərbaycanla 2036-cı ilə qədər 400 milyon kubmetr qazın idxalı barədə müqavilə imzalamışıq. 2037-ci ildən etibarən bu tədarükün həcmi 3 dəfə arta bilər. Serbiya-Bolqarıstan interkonnektorunun işə düşməsi Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm rol oynayır. Azərbaycandan əlavə qaz tədarükü sahəsində ölkəmizin digər hissəsinin qazlaşdırılmasını yaxşılaşdıra biləcəyik. Bu, enerji sahəsində strateji münasibətlərimizi daha da dərinləşdirəcək. Ölkələrimizin prezidentləri arasında olan yaxşı münasibətlər sayəsində Serbiya qaz tranziti ölkəsi kimi mövqeyini möhkəmləndirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR