Serbiyanın sabiq xarici işlər naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Serbiyanın sabiq xarici işlər naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb
# 27 sentyabr 2023 17:25 (UTC +04:00)

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Sizi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edirəm.

Mən etnik ermənilərin ölkənizdə qalıb öz həyatlarına davam etmələri və ya ərazini sərbəst şəkildə tərk etmələri üçün lazımi şəraitin yaradılması ilə bağlı Azərbaycanın addımını alqışlayıram.

Həmçinin mən Azərbaycanın Kosovo və Metoxiya məsələsində Serbiyaya göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Sizə Ermənistan ilə sülh prosesini başa çatdırmaq üçün göstərdiyiniz səylərdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR