Bank Of Baku

Şirkətlər 4 halda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış sayılacaq

Şirkətlər 4 halda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış sayılacaq
# 20 dekabr 2022 15:15 (UTC +04:00)

Hüquqi şəxsin əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab edilməsi üçün tələb olunan müddət müəyyənləşib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Hüquqi şəxs aşağıdakı hallarda əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmamış hesab ediləcək:

- böyük ictimai təhlükə törətməyən cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 1 il keçdikdə;

- az ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən 2 il keçdikdə;

- ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 6 il keçdikdə;

- xüsusilə ağır cinayətə görə barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxs həmin cinayət-hüquqi tədbirin icrasını bitirdiyi gündən etibarən 8 il keçdikdə.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR