Bank Of Baku

SOCAR-ın iki birinci vitse-prezidenti olacaq

SOCAR-ın iki birinci vitse-prezidenti olacaq
# 10 fevral 2022 15:31 (UTC +04:00)

Prezident İlham Əliyev ““Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imazlayıb.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir deyil, artıq iki birinci vitse-prezidenti olacaq.

Qeyd edək ki, şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR