Mayın 9-da Şuşada Atatürk küçəsinin lövhəsinin açılışı olub.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına küçədə aparılacaq bərpa-yenidənqurma işləri, yaradılacaq ictimai-iaşə obyektləri barədə məlumat verdi.
Bildirildi ki, küçənin uzunluğu 714 metr, eni isə 11 metrdir. Dövlət başçısı Atatürk küçəsinin lövhəsinin açılışını etdi.
***
11:35
Prezident İlham Əliyev Şuşada Atatürk küçəsinin lövhəsinin açılışını edib.
APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.