Bank Of Baku

Syerra-Leone Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Syerra-Leone Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
# 12 iyun 2023 15:40 (UTC +04:00)

Syerra-Leone Respublikasının Prezidenti Culius Maada Bio Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Syerra-Leone Respublikasının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizi və Sizin simanızda Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə firavanlıq arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR