Tailandın Kralı Maha Vaciralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
APA-nın məlumatına görə, təbrikdə deyilir:
"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına və xalqına əmin-amanlıq və rifah arzulayıram".