Bank Of Baku

Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq

Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq
# 10 fevral 2023 18:13 (UTC +04:00)

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması qaydası hazırlanacaq.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlətin vəzifələri sırasına ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması ( onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək əlavə edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR