Texnika və mədəniyyət sahələrində bir qrup şəxsə Dövlət Mükafatları verilib - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

© APA | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

# 27 may 2024 16:05 (UTC +04:00)

Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncam əsasən, 2024-cü il üçün texnika və mədəniyyət sahələrində Azərbaycan Respublikasının Dövlət Mükafatları aşağıdakı şəxslərə verilib:

Texnika sahəsi üzrə mükafat “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Məcid oğlu Fərzəliyevə, Həqiqət Əliəşrəf qızı Cavadovaya və Əfsun Rəzzaq oğlu Sucayevə verilib.

Mədəniyyət sahəsi üzrə mükafat teatr rejissorluğu sahəsində fəaliyyətinə görə, Mehriban Zaur qızı Ələkbərzadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR