Tokayev: Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı bundan sonra da möhkəmlənəcək

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

© APA | Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev

# 25 may 2024 11:15 (UTC +04:00)

Qazaxıstanda qardaş Azərbaycanın uğurlarını böyük ruh yüksəkliyi ilə qarşılayır, dostluq və qarşılıqlı dəstək ruhunda çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə böyük diqqət yetirirlər.

APA-nın xəbərinə görə, bu, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Prezident İlham Əliyevə 28 May Müstəqillik günü münasibətilə ünvanladığı təbrikdə əksini tapıb.

“Əminəm ki, Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığı və müttəfiqliyi bir-birinə yaxın olan xalqlarımızın tərəqqisi naminə bundan sonra da möhkəmlənəcək”, - deyə Qazaxıstan Respublikasının Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR