Bank Of Baku

Ukraynadakı Zərifə Əliyeva adına liseyin direktoru Prezident İlham Əliyevi təbrik edib

Ukraynadakı Zərifə Əliyeva adına liseyin direktoru Prezident İlham Əliyevi təbrik edib
# 22 dekabr 2022 14:58 (UTC +04:00)

Ukraynanın İrpen şəhərindəki Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyinin direktoru Valentina Antonenko Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

APA xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edim.

Bilirəm ki, səmimi təbriklər çox olacaq. Xahiş edirəm mənim də sadə və səmimi təbrikimi qəbul edin.

Mən Sizə bundan əvvəl də yazmışdım ki, ömrümün sonunadək Zati-alinizə dua edəcəyəm. Sizin xeyirxahlığınıza, səmimiliyinizə, şöhrətli ananız Zərifə Əliyevanın adını daşıyan məktəbimizə ikinci həyat bəxş edən əvəzsiz köməyinizə görə dua edəcəyəm. Allaha şükür edirəm ki, mənim taleyim ananızın adı ilə sıx bağlıdır.

Zati-aliləri, xahiş edirəm, bu əlamətdar gündə ən səmimi arzularımı qəbul edəsiniz. Bu arzular isə möhkəm cansağlığı, şəxsi səadət, möhtəşəm planlarınızın həyata keçməsinə Tanrının köməyi, Sizin gözəl ölkənizə sülh, xalqınıza firavanlıq diləklərindən ibarətdir.

Uca Allah Sizi və doğmalarınızı qorusun!"

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR